AZ

Boksçularımız Avropa çempionatını 5 medalla başa vurdular

Azərbaycan boksçuları Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatını 5 medalla başa vurublar.


Manset.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb. 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlandonu 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.

Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Qeyd edək ki, daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) üçüncü yeri tutublar.

Seçilən
36
14
manset.az

10Mənbələr