AZ

“Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış “Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraf mühitin mühafizəsi sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub, İşçi Qrupda təmsil olunan və digər aidiyyəti dövlət qurumlarının təklifləri dinlənilib.

Seçilən
19
9
azertag.az

10Mənbələr