AZ

ABŞ Senatı 2026-cı il üçün 925 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi

BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ Konqresinin Senatı 2026-cı maliyyə ili üçün 925 milyard dollar məbləğində hərbi xərclər paketini təsdiqləyib

Teleqraf xəbər verir ki, xərclər paketində Ukraynaya 500 milyon dollarlıq yardımın ayrılması da nəzərdə tutulur.

Qanun layihəsini 77 senator dəstəkləyib, 20 nəfər isə əleyhinə səs verib. Müdafiə büdcəsinin qəbul edilməsi üçün ən azı 60 səs tələb olunurdu.

Senatın Silahlı Qüvvələr Komitəsinin açıqlamasına görə, sənəd “Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü”nün (USAI) müddətini 2028-ci ilə qədər uzadır və proqramın maliyyələşməsini 500 milyon dollara qədər artırır.

Seçilən
28
21
teleqraf.com

10Mənbələr