AZ

ABŞ Senatı 925 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Sənəddə Ukraynaya 500 milyon dollarlıq hərbi yardım nəzərdə tutulur...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Senatı 2026-cı maliyyə ili üçün ölkənin hərbi xərclərini əhatə edən 925 milyard dollarlıq büdcə layihəsini təsdiqləyib. Layihədə Ukraynaya 500 milyon dollar məbləğində yardım ayrılması planlaşdırılır.

Səsvermə zamanı qanun layihəsini 77 senator dəstəkləyib, 20 nəfər isə əleyhinə çıxış edib. Qanunun qəbul edilməsi üçün minimum 60 səs tələb olunurdu. Sənədin yekun redaktəsi başa çatdıqdan sonra layihə ABŞ prezidenti Donald Trampın imzasına təqdim ediləcək.

Yeni büdcə sənədində Ukraynanın təhlükəsizlik sahəsində dəstəklənməsi məqsədilə yaradılmış USAI (Ukraine Security Assistance Initiative) proqramının 2028-ci ilə qədər uzadılması nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Pentaqon ABŞ hərbi-sənaye şirkətləri ilə müqavilələr bağlayaraq Ukraynaya silah və texniki avadanlıqların tədarükünü təmin edəcək.

Qeyd edək ki, sentyabr ayında Konqresin Nümayəndələr Palatası müdafiə büdcəsinin öz versiyasını – 900 milyard dollarlıq layihəni – qəbul etmişdi. Həmin variantda Ukraynaya yardım üçün 400 milyon dollar ayrılmışdı.

ABŞ-ın yeni hərbi büdcəsi ölkənin müdafiə qabiliyyətini və beynəlxalq öhdəliklərini gücləndirmək məqsədi daşıyır. Ekspertlər hesab edirlər ki, Ukraynaya ayrılan 500 milyon dollar ABŞ-ın bu ölkəyə dəstəyinin azaldılmadan davam etdirilməsi niyyətini göstərir.

Poliqon.info

Seçilən
23
21
poliqon.info

10Mənbələr