AZ

Azərbaycanda məşhur hakim İSTEFA VERDİ - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb.

"Bakuinfo" xəbər verir ki, bu barədə Gununsesi.info-nun məhkəmə hakimiyyəti orqanlarından əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib.

Hakim istefa ərizəsi ilə bağlı Məhkəmə-Hüquq Şurası Gununsesi.info-nun sorğusunu təsdiq edib.

Şuradan saytımıza verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”.

 

Seçilən
12
3
bakuinfo.net

4Mənbələr