Bakı. Trend:
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkindüşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi vəəməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransıniştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsindəZəngilana gediblər.
Trend xəbərverir ki, qonaqların Zəngilan səfəri zamanı Ağalı kəndində yeniməskunlaşma yerlərini ziyarət etmələri nəzərdə tutulur.
Qeyd edək ki, ötən gün beynəlxalq konfrans iştirakçıları Ağdərərayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuşyüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimaledilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığı ziyarətediblər.
Sonra qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşasəfəri vaxtı beynəlxalq konfrans iştirakçıları vaxtilə azərbaycanlıəsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruzqaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olublar.