AZ

Tərtərdə iki avtomobil toqquşub, xəsarət alan var

Bu gün saat 17:10 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində "Opel" və "Lada" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə "Lada" markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.

Seçilən
33
8
demokrat.az

10Mənbələr