AZ

DÇ-2026: Ukrayna-Azərbaycan oyununda hesab açılıb – YENİLƏNİB

Bakı, 13 oktyabr, AZƏRTAC

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün 30-cu dəqiqəsində rəqibin heyətində Qutsulyak fərqlənib.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

 

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Seçilən
51
4
azertag.az

10Mənbələr