AZ

Ukrayna - Azərbaycan oyununda qarşılıqlı qollar - Yenilənir

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda 4-cü turda səfərdə Ukrayna ilə qarşılaşacaq.

Polşanın Krakov şəhərinin "Krakoviya" stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir. Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışacaq. Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.

Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.

13 oktyabr

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

22:45. Ukrayna - Azərbaycan - 1:1 (İkinci hissə)

Qol: Aleksey Qutsulyak, 30 (1:0), Nəriman Axundzadə, 45+3 (1:1)
Baş hakim: Sebastian Gişamer
"Krakoviya" stadionu

22:45. İslandiya – Fransa

Seçilən
40
19
teleqraf.com

10Mənbələr