AZ

Rusiyalı məktəblinin smartfonu şalvarının cibində PARTLADI

Rusiyanın Moskva vilayətində 13 yaşlı məktəbli öz smartfonundan zərər çəkib.

Publika.az xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, cihaz oğlanın şalvarının cibində olarkən partlayıb.

Həkimlər deyiblər ki, partlayış nəticəsində oğlanın şalvarı dərhal alışıb və əriyib.

“Hadisə yerinə operativ şəkildə çatan reanimasiya briqadası, zədənin genişliyini və yanığın ikinci dərəcəli olmasını nəzərə alaraq, uşağa güclü ağrıkəsicilər verib” - deyə qurum bildirib.

Seçilən
353
10
publika.az

10Mənbələr