ABŞ prezidenti Donald Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib.
Musavat.com xəbər verir ki, məlumatı “The New York Times” ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, əməliyyatlar Venesuela rəhbəri Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniyası çərçivəsində keçirilir.
Qəzet qeyd edir ki, bu icazə, Maduronu hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə Venesuelaya qarşı təzyiq kampaniyasının son addımıdır. Qəzetin yazdığına görə, bu, ABŞ ordusunun Venesuelanın özündə mümkün zərbələr də daxil olmaqla, prezident Tramp üçün seçimlər hazırladığı bir vaxta təsadüf edir.
Musavat.com