AZ

Azərbaycan kompüter istehsalını artırıb

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 430 ədəd noutbuk, 2 847ədəd stolüstü kompüter istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,2 % az və 2,8 dəfə çoxdur.

Təkcə sentyabrda isə 482 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 30 dəfə çoxdur. Son üç ayda Azərbaycanda noutbuk istehsal edilməyib.

2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
146
4
metbuat.az

10Mənbələr