Xaçmaz sakini güllələnib - şübhəli şəxs polisə təslim oldu
Ajans.az xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb. Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.(Report)