Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Ukur, Böyük Muruq, Düztahir, Nəcəfkənd və Mucuq kəndlərində şəhidlərin məzarlarını ziyarət edib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ziyarətdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri və kənd ağsaqqalları iştirak ediblər.
Şəhidlərin ruhlarına dualar oxunub, xatirələrinə ehtiram əlaməti olaraq məzarlar üzərinə gül dəstələri düzülüb.
Sahir Məmmədxanov şəhid ailələrinin üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını və dövlətin şəhid ailələrinə qayğısının davamlı xarakter daşıdığını vurğulayıb.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta