Bakı. Trend:
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsasmərhələsində növbəti oyununa çıxıb.
Trend-inməlumatına görə, paytaxt təmsilçisi Bakıda Estoniya klubu"Kalev/Kramo" ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş"Neftçi"nin 95:84 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" turnirdəki ilk oyununda Polşanın "Trefl"komandasına 63:92 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisinövbəti matçını Türkiyənin "Bursaspor" klubu ilə keçirəcək.