AZ

UEFA Çempionlar Liqası: "Qarabağ" da matça çıxır - OYUNLAR

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.

Ölkə.az-ın Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.

Qarşılaşma "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.

"Qarabağ" hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" II turda Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.

Bundan başqa UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda bu gün daha 8 qarşılaşma baş tutacaq.

"Qarabağ"ın rəqiblərindən "Çelsi" evdə "Ayaks"la üz-üzə gələcək.

"Liverpul" səfərdə "Ayntraxt"ın qonağı olacaq. "Real" Madriddə "Yuventus"la üz-üzə gələcək. "Qalatasaray" isə Türkiyədə "Budyo Qlimt"lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

22 oktyabr

20:45. "Qalatasaray" (Türkiyə) - "Budyo Qlimt" (Norveç)

20:45. "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

23:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Niderland)

23:00. "Atalanta" (İtaliya) - "Slaviya" (Çexiya)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Liverpul" (İngiltərə)

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)

23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)

23:00. "Real" (İspaniya) - "Yuventus" (İtaliya)

23:00. "Bavariya" (Almaniya) - "Brügge" (Belçika)

Seçilən
37
24
olke.az

10Mənbələr