Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib: "Gələn həftənin cümə axşamı günü, oktyabrın 30-da səhər saatlarında Prezident Tramp ÇXR-in sədri Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcək".
Görüşün Cənubi Koreyada keçirilməsi planlaşdırılır. Levitt Ağ Evin başçısının Cinpinlə görüşdən əvvəl Cənubi Koreaya Prezidenti Li Çje Men ilə danışıqlar aparacağını, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak edəcəyini də qeyd edib.
Hürr Tərcüman