AZ

Mikayıl Cabbarov: Türk dövlətləri hər zaman bir-birini dəstəkləyir

BAKI, 24 oktyabr. TELEQRAF

"Türk dövlətləri hər zaman bir-birini həm ikitərəfli, həm də çoxtərəfli platformalarda dəstəkləyir".

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sənayə, elm, texnologiya və innovasiya nazirlərinin 2-ci iclası zamanı bildirib.

Nazirin sözlərinə görə, ortaq türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər, eləcə də ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətləri təşkilat daxilində əməkdaşlığın möhkəmlənməsi üçün əsas yaradır:

“Türk dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına verdiyi dəstək, təhsil və sosial infrastrukturun yenidən qurulması istiqamətində atdığı addımlar qardaşlıq həmrəyliyinin və ortaq dəyərlərimizin bariz nümunəsidir”.

Nazir əlavə edib ki, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısının Qəbələdə keçirilməsi və Azərbaycanın bir il müddətinə təşkilata sədrliyi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir:

“Əminik ki, sədrliyimiz dövründə ortaq layihələrin sayı artacaq və qarşılıqlı əməkdaşlıq daha da dərinləşəcək. Qəbələ Bəyanaməsinə üzv ölkələr arasında süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye sahəsinə inteqrasiyasının təşviqi xüsusi vurğulanıb. Bu, Türk dövlətlərinin innovasiyaya əsaslanan iqtisadi inkişaf yoluna keçməsi baxımından mühüm addımdır”.

Seçilən
79
22
teleqraf.com

10Mənbələr