Bakı. Trend:
Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Bolqarıstana 457,9milyon ABŞ dolları dəyərində 1,233 milyard kubmetr (qaz halında)təbii qaz ixrac edilib.
Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəriciməbləğ ifadəsində 80,7 milyon dollar və ya 21,4%, həcminə görə isə29 milyon kubmetr və ya 2,4% artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarındaAzərbaycandan Bolqarıstana 1,204 milyard kubmetr təbii qaz ixracolunmuşdu, bu ixracın ümumi dəyəri 377,2 milyon ABŞ dollarıidi.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandanxaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyardkubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəkigöstərici ilə müqayisədə dəyər ifadəsində 541,2 milyon ABŞ dollarıvə ya 9,9%, həcm baxımından isə 625,9 milyon kubmetr və ya 3,9%çoxdur.
Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycana 36,3 milyon ABŞdolları dəyərində 233,3 milyon kubmetr təbii qaz idxal edilib. Buisə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,8milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 234,4 milyonkubmetr və yaxud 2 dəfə azdır.