AZ

28 yaşlı kişi kəsici alətdən xəsarət aldı

Gəncə sakini kəsici alətdən xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıyev prospekti ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S.Əliyevin qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

28 yaşlı kişinin hansı şəraitdə xəsarət alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Seçilən
125
7
unikal.az

8Mənbələr