ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu 950 qol vuran ilk futbolçu olub.
"Cebheinfo.az" xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının altıncı turunda səfərdə "Əl-Həzm"ə qarşı keçirilən oyunda fərqlənib.
Onun vurduğu qoldan sonra hesab "Əl-Nəsr"in xeyrinə 2:0 olub.
Ronaldudan sonra Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi gəlir - onun hesabında 891 qol var.
Ronaldunun 40 yaşı var. O, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klub dünya çempionatları tarixində ən yaxşı bombardirdir. Futbolçu 2022-ci ilin dekabrında "Əl-Nəsr"ə keçib. Karyerası ərzində o, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında da çıxış edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.