AZ

ABL: Bu gün 4-cü tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, A qrupunda "Şəki" NTD-ni qəbul edəcək.

Şəki Olimpiya İdman Kompleksində baş tutacaq görüş 14:00-da başlayacaq. "Şəki" qrupda 5-ci, NTD isə sonuncu - 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 3 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.

Seçilən
50
3
fanat.az

6Mənbələr