Balıkesirin Sındırgı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin 5,99 km dərinliyində baş verib.
Zəlzələ Balıkəsirlə yanaşı, İstanbul, Manisa, İzmir və Aydın kimi vilayətlərdə də hiss olunub.
Zəlzələ yerli vaxtla saat 22:48-də qeydə alınıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırqı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar açıqlama verib.
Nazir hazırda ərazidə araşdırma aparıldığını, dağıntı və tələfat barədə isə yaxın saatlarda ətraflı məlumat veriləcəyini deyib.
“Balıkesirin Sındırgı bölgəsində baş verən və ətraf vilayətlərdə də hiss olunan 6,1 bal gücündə zəlzələ ilə bağlı Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) və aidiyyəti qurumlarımızın bütün komandaları dərhal sahə araşdırmalarına başlayıblar. Hadisənin gedişatını yaxından izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik”, – o bildirib.