AZ

Tramp Vaşinqton razılaşmasından sonra Putinin ona zəng vurduğunu bildirib: Dedi ki, bu, heyrətamizdir

ABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülhə nail olduqdan sonra Rusiya lideri Vladimir Putinin ona zəng etdiyini bildirib.

APA xəbər verir ki, bunu Tramp jurnalistlər üçün brifinqdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışarkən deyib.

“Putin mənə zəng edib dedi ki, bu, heyrətamizdir. Biz bu müharibəni dayandıra bilmirdik”, - Tramp qeyd edib.

Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdəki görüşünü xatırladan Tramp məhz bundan sonra sülhə nail olunduğunu vurğulayıb: “Onlar (Azərbaycan və Ermənistan liderlər) Ağ Evdə bir araya gəldilər. Yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və sülhə nail oldular”.

Seçilən
18
6
apa.az

7Mənbələr