“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə yeni müqavilə imzalamağı planlaşdırır.
Paralel.az xəbər verir ki , artıq İngiltərə klubu ispaniyalı futbolçu ilə danışıqlara başlayıb. 
Bildirilir ki, tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.
29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, cari mövsümdə komandanın heyətində 7 matçda meydana çıxıb.
Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.
- Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta