AZ

"Araz-Naxçıvan" Lüksemburq klubu ilə üz-üzə

"Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının liqa mərhələsində 2-ci oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Lüksemburq çempionu "Differdanje 03" ilə qarşılaşacaq. Görüş "Sala Sporturilor Dunarea"da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 2:1. Təmsilçimiz sonuncu matçını noyabrın 1-də "Tigers Roermond"a (Niderland) qarşı keçirəcək.

30 oktyabr
Araz-Naxçıvan – Differdanje-03 (Lüksemburq)

Hakimlər: VALENTİN KİUPLEA, Viktor Çaix (Fransa), Aslan Qalayev
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Sala Sporturilor Dunarea. Saat 19.00.

Seçilən
23
2
football-plus.az

10Mənbələr