AZ

"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi sona çatıb (FOTO)

Bakı. Trend:

Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ)və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident QvardiyasınınXüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimioktyabrın 30-da sona çatıb.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, təlimin bağlanış mərasimində əvvəlcə hər ikiölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnlərisəsləndirilib, Dövlət bayraqları qaldırılıb.

Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ-nin xüsusitəyinatlıları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini,keçirilən birgə təlimin ölkələrin XTQ mənsubları arasında təcrübəmübadiləsi, döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlıəlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığınıqeyd ediblər.

Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyəmübadiləsi həyata keçirilib.
Mərasimin sonunda xatirə fotosu çəkdirilib.

Məqalədə:
Seçilən
8
26
az.trend.az

10Mənbələr