Bakı. Trend:
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyatakeçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlitörətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Trendxəbər verir ki, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasibqiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadınıqazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manatməbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub
Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işibaşlanılıb, araşdırmalar davam etdirilir.
 
                        