AZ

Naxçıvanda yol qəzasında 2 nəfər yaralandı

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib.  "İnfiniti" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəzada "VAZ 2107" minik avtomobilinin 2 nəfər sərnişini Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri - 1966-cı il təvəllüdlü Nazilə Eminova və 1968-ci il təvəllüdlü Piruzə Yusifova xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
2
3
unikal.az

5Mənbələr