AZ

ABŞ-də əyləncə mərasimində atışma - Yaralılar var

ABŞ-nin Ohayo ştatının şimali-şərqindəki Bat şəhərində yeniyetmələr üçün keçirilən əyləncə mərasimində atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb.


Manset.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

"Bazar günü yeniyetmələrin əyləncə üçün toplaşıb, kirayəyə götürdükləri böyük evdə atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb", - "Associated Press" bildirib.

"Zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur. Azı bir nəfərin xəsarətləri yıxılma nəticəsində ola bilər", - polis rəisi Vito Sinopoli bildirib. O əlavə edib ki, yaralılar arasında həm həddi-büluğa çatmayanlar, həm də böyüklər ola bilər.

Seçilən
47
5
manset.az

7Mənbələr