AZ

ABŞ-nin dövlət borcu 38 trilyon dolları keçdi

ABŞ-nin ümumi dövlət borcu yenidən rekord həddə çatıb.

Sitat.info xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 Bildirilib ki, 2 avqust tarixində 37 trilyon dollara çatmış dövlət borcu 82 gün ərzində daha 1 trilyon dollar artıb.

Belə ki, 22 oktyabr tarixinə olan ümumi borc 38 trilyon dolları keçib.

Qeyd olunub ki, bu məbləğ ABŞ-də adambaşına 111 min dollar borc düşdüyü mənasına gəlir.

 

Seçilən
44
7
sitat.info

9Mənbələr