AZ

Xəzərdə köməksiz qalan üç balıqçı xilas edildi

Oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan "Tufan" tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb.

 

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Astara rayon sakinləri - 1980-cı il təvəllüdlü Ruhid Murtuza oğlu Ağabalayev, 1985-ci il təvəllüdlü Namik Xanhüseyn oğlu Həsənov və 1974-cü il təvəllüdlü Arif Sürət oğlu Həsənov sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.

Seçilən
46
34
senzor.az

10Mənbələr