AZ

Təhsilin informasiyalaşdırılmasına 38,3 milyon manat ayrılacaq

Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər üçün 38,3 milyon manat vəsait proqnozlaşdırılıb.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Seçilən
8
1
kommersant.az

5Mənbələr