AZ

Devid Bekhem cəngavər tituluna layiq görülüb

Devid Bekhem cəngavər tituluna layiq görülüb

Böyük Britaniyanın kralı III Karl keçmiş futbolçu Devid Bekhemi rıtsar (cəngavər) tituluna layiq görüb.

AFN.az BBC-yə istinadən xəbər verir ki, təltif mərasimi Vindzor qalasında baş tutub.

Bekhem mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib: “Bu an mənim üçün böyük qürurdur. İnsanlar bilir ki, mən vətənpərvər insanam. Öz ölkəmi çox sevirəm və hər zaman demişəm ki, monarxiya mənim ailəm üçün çox önəmlidir. Dünyanı gəzərkən hər yerdə insanlar mənimlə məhz Böyük Britaniya monarxiyası barədə danışmaq istəyirlər”.

50 yaşlı Devid Bekhemə rıtsar titulu 13 iyun tarixində, kral III Karlın rəsmi ad günü münasibətilə elan edilən dövlət mükafatları siyahısında verilib. O, idman və xeyriyyəçilik sahəsindəki xidmətlərinə görə “sər” fəxri müraciəti və rıtsar dərəcəsi ilə təltif olunub.

Seçilən
37
11
afn.az

10Mənbələr