AZ

Mbappe PSJ ilə “Real” arasındakı fərqdən danışdı - ARENA.AZ

PSJ-nin keçmiş oyunçusu, hazırda “Real”da çıxış edən Kilian Mbappe, Fransa və İspaniya nəhəngləri arasındakı fərqi açıqlayıb.

Arena.az Mbappenin müvafiq qənaətini təqdim edir:

“Bunlar fərqli tarixləri olan çox fərqli klublardır. PSJ xeyli gənc klubdur. Eyni zamanda “Real”ın çiyinləri arxasında illəri və daha dərin tarixi var. Mədəniyyətlər də fərqlidir”.

“Real”ın ulduz hücumçusu son beş il ərzində baş vermiş təbəddülatla da bağlı danışıb:

“Mən beş il ərzində dəyişmişəmmi? Ümidvaram ki, bəli. Axı bu, futbolçu üçün təbii məcradır. Tərəqqi etmək həmişə gərəkdir”, deyə Mbappe vurğulayıb.

26 yaşlı fransalı ulduz hücumçu karyerasının ən yaddaqalan qolu ilə bağlı sualı da cavablayıb:

“Adətən mən buna, sonuncu qolum, deyə cavab verirəm. Amma bu dəfə, “Bernabeu”da vurduğum ilk qolumu seçərdim”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
43
27
arena.az

10Mənbələr