AZ

Heydər Əliyevin tarixi sənədə düzəlişi: “Münaqişə həll olmadan Ermənistana gedən və…”

“İpək yolu layihəsi bizim üçün çox vacib idi. Amma dəmir yolu Azərbaycanın təşəbbüsü idi. Biz demək olar ki, Qərbdən – Avropa İttifaqından (Aİ) heç bir dəstək almadıq”.

KONKRET.az xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan “Təmas xətti” verilişində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 1998-ci ildə Bakıda böyük ipək yolu layihəsinin ilk sənədi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etidirilməsi üzrə sazişin imzalanmasından danışarkən deyib.

O bildirib ki, digər məsələlərdə də Azərbaycan bir çox hallarda öz maliyyə imkanlarından istifadə edərkən bu kommunikasiyaları yaradırdı:

“Lakin biz təzyiqlərlə qarşılaşırdıq. Xüsusilə Aİ-nin bir mövqeyi ondan ibarət idi ki, Ermənistanla Azərbaycan arasında olan blokadalar aradan qaldırılmalıdır. Təbii ki, münaqişə olan halda, bunu götürmək mümkün deyildi. Eyni zamanda, Aİ deyirdi ki, bunu qəbul etməsəniz, dəstəyimizə nail olmayacaqsınız. Sənədlər elə tərtib olunmuşdu ki, buna aid heç bir bənd yox idi. Azərbaycan ev sahibi olduğuna görə, protokol qaydalarına görə son sözə haqqı var idi. Orada cənab Prezident Heydər Əliyev xüsusi bir düzəliş əlavə etmişdi. Düzəlişdə yazılmışdı ki, Ermənistana gedən və çıxan yüklər münaqişə həll olunmayana qədər Azərbaycan ərazisindən keçə bilməz”.

Seçilən
67
konkret.az

1Mənbələr