AZ

Taxıl qatarı Ermənistana çatır - Mqer Qriqoryan Azərbaycana təşəkkür etdi

Rusiyadan Ermənistana gələn taxıl yüklü qatar artıq Azərbaycanın ərazisindən Gürcüstan istiqamətində hərəkət edir.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, taxıl ilə dolu qatar tezliklə Ermənistana çatacaq:
 

“Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, bu istiqamətdə görülən işə görə azərbaycanlı və rusiyalı həmkarlarımın fəaliyyətini yüksək qiymətləndirirəm.


Bu hadisə qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi baxımından böyük əhəmiyyət daşıyır”, — deyə o, əlavə edib.

Bizim.Media

Seçilən
3
8
bizim.media

10Mənbələr