AZ

Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.


Noyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Koroğlu m/s yaxınlığında yerləşən "Bravo" Koroğlu hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Bravo Koroğlu hipermarket - Heydər Əliyev prospekti 172
Saat: 14:00
7 noyabr
Seçilən
20
3
ekologiya.az

4Mənbələr