AZ

Volqoqradda dəhşətli gecə: Ukrayna dronları rusları qorxuya saldı

Rusiyanın Volqoqrad şəhərində pilotsuz uçuş aparatlarının kütləvi hücumu nəticəsində bir nəfər həlak olub, çoxsaylı yaşayış binaları zərər görüb.

Publika.az xəbər verir ki, hücum 6 noyabr gecəsi baş verib. Rəsmilərin məlumatına görə, 48 yaşlı kişi həyatını itirib.

Bölgə rəhbəri Andrey Boçarov hadisəni təsdiqləyib və həlak olan şəxsin ailəsinə başsağlığı verib. Onun sözlərinə görə, Qarya Xoxolov küçəsində yerləşən 24 mərtəbəli “biznes-klas” yaşayış binasına dron zərbəsi endirilib. Nəticədə binanın eyvan və fasad hissələri dağılıb, pəncərələr qırılıb, ən azı beş mənzilə ciddi zərər dəyib.

PUA qalıqları şəhərin bir neçə rayonuna düşüb. Volqoqradın Krasnoarmeyski rayonundakı sənaye zonasında qalıqların düşməsi yanğına səbəb olub. Fövqəladə hallar xidməti alovu qısa zamanda söndürüb.

Rəsmilər sakinlərin təhlükəsizliyini təmin etmək üçün 10 saylı liseydə müvəqqəti sığınacaq təşkil edib.

Seçilən
14
18
publika.az

10Mənbələr