AZ

Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda II Liqanın VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

03.11.2025-ci il tarixində II Liqada VII turun “Quba” – “Şirvan” görüşünün 5-ci dəqiqəsində “Şirvan” komandasının 60 nömrəli futbolçusu Qərib İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şirvan” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

03.11.2025-ci il tarixində II Liqada VII turun “Sheki City” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

03.11.2025-ci il tarixində II Liqada VII turun “Dinamo” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

04.11.2025-ci il tarixində II Liqada VII turun “Ağstafa Gəncləri” – “Kür-Araz” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

saytlarin hazirlanmasi

Seçilən
16
3
sportal.az

4Mənbələr