AZ

İlon Mask təxminən 1 trilyon dollar bonus alacaq

"Tesla" səhmdarları, baş direktor İlon Maska təxminən 1 trilyon dollar dəyərində təzminat paketi verməyə səs veriblər.

"Report" xəbər verir ki, səhmdarların 75 faizi kompensasiya paketinin lehinə səs verib.

"Bloomberg"in məlumatına görə, bu, ABŞ tarixində bir şirkət rəhbərinə verilən ən böyük ödəniş olacaq.

Mask şirkətdəki işinə görə maaş almır; onun inkişafına verdiyi töhfələr bonuslar hesabına ödənilir. Sentyabrın əvvəlində "Tesla" milyarder üçün yeni kompensasiya bonus sxemi təklif edib.

Plan 10 il üçün nəzərdə tutulub, əsas şərt şirkətin bazar kapitallaşmasını indiki 1,4 trilyon dollardan 8,5 trilyon dollara qədər artırmaqdır. Bundan əlavə, şirkət 20 milyon avtomobil və 1 milyon robot istehsal etməli və 1 milyon robotaksini kommersiya istifadəsinə verilməlidir. Bu şərtlər yerinə yetirilərsə, Mask şirkətin səhmlərinin təxminən 25%-nə nəzarət edəcək.

Seçilən
83
1
musavat.com

10Mənbələr