AZ

Naxçıvanda vergi ödəyicilərinin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin noyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrəuçotda olan 53.492 vergi ödəyicisinin 94.8 faizi fiziki şəxslər,5,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərinsayı 8 faiz, hüquqi şəxslərin sayı isə 4,7 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiqdövrü ilə müqayisədə 13,3 faiz artaraq 1.713 vahid olub. 2025-ciilin yanvar - oktyabr aylarında kommersiya qurumlarının 86,9 faizielektron, 13,1 faizi kağız daşıyıcısı əsasında qeydiyyataalınıb.

Məqalədə:
Seçilən
5
2
az.trend.az

3Mənbələr