Futbol üzrə Fransa yığma komandasının keçmiş hücumçusu Tyerri Anri “Barselona”nın müdafiə xəttindəki fəsaddan söhbət açıb.
Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Onlar rəqib futbolçulara qaçmağa və qapıçı ilə təkbətək çıxmağa imkan verirlər. Özünü, özünə fəsad yaradan vəziyyətə salmağa nə gərək?”, deyə Tyerri Anri vurğulayıb.
Bu arada “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq da UEFA Çempionlar Liqasında “Brügge” ilə 3:3 hesablı səfər qələbəsinə şərh edib:
“Bizə, daha yaxşı oynamaq gərəkdir – xeyli yaxşı. Bu oyunda biz 3 xal götürməli idik. Amma, alınmadı”, deyə De Yonq vurğulayıb.
“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik isə Kataloniya klubundan ayrılacağı barədə iddialara münasibət bildirib. Daha öncə müvafiq xüsusda şayiələrin yayılmasına rəğmən, Flik “blauqrana” ilə işini davam etdirəcək:
“Bu, sadəcə növbəti cəfəngiyyatdır…”, deyə Flik müvafiq şayiələri təkzib edi.

