AZ

Ayxan Abbasov: “İlk dövrədə 13 xal “Şamaxı” üçün yaxşıdır”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Evdə onları sevindirmək istəyirdik. Bu gün qismət oldu. Çətin oyun idi. “İmişli” bu mövsüm hər kəsi təəccübləndirir. Birinci Liqadan Premyer Liqaya çıxıb hər rəqibə qarşı müqavimət göstərmək, xal qazanmaq çempionatı daha da çətinləşdirir. Onlara uğurlar arzulayıram.

Bu 3 xal bizim üçün vacib idi. Həm turnir cədvəlində yerimizi möhkəmləndirdi, həm də rəqibdən 1 xal irəli keçdik. Birinci dövrə bitdi. 13 xal “Şamaxı” üçün yaxşıdır. Bəzi oyunlarda itkilərimiz oldu. Bu gün oyun intizamından qopmadıq. İkinci hissədə üstünlüyümüz oldu. Belə oyunlar olur. Belə matçlarda səbr edib nəticəni gözləmək vacibdir. Çempionatda ən vacib qələbələrdən birini qazandıq. Milli fasilədən səmərəli istifadə edib qışa qədər xal ehtiyatımızı artırmaq istəyirik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
15
18
arena.az

10Mənbələr