AZ

"Bakı Metropoliteni" bayramda gücləndirilmiş rejimdə işləyəcək

"Bakı Metropoliteni" QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

 

Senzor.az QSC-yə istinadən bildirir ki, paytaxtın mərkəzində yerləşən "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

 

Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, xəttə buraxılmağa hazır vəziyyətdə ehtiyat qatarlar da saxlanılacaq.

Seçilən
21
16
senzor.az

10Mənbələr