AZ

Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəldi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

"Yeni Sabah" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov növbəti qələbəsini qazanıb.

Təmsilçimiz 1/4 final mərhələsində Qambiya təmsilçisi Faye Aleks Nije ilə üz-üzə gəlib.

Görüş Hidayət Heydərovun "yuka" xallı qələbəsi ilə başa çatıb və o, adını yarımfinal mərhələsinə yazdırıb.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.


Telegram kanalımız
Seçilən
50
7
yenisabah.az

7Mənbələr