AZ

Zəfər Günü münasibətilə “PAŞA Holding” və “Bravo” şəhid ailələrinə bayram sovqatları çatdırıb (FOTO)

Bakı. Trend:

“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətənəmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Zəfər Günümünasibətilə şəhid ailələrinə bayram sovqatları təqdim edib.

Trend xəbər verirki, “PAŞA Holding” 2023-cü ildən etibarən 44 günlük VətənMüharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladlarıüçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsindəYeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günümünasibətilə şəhid övladlarına “PAŞA Holding” və “Bravo”supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdimolunur.

Zəfər Gününün beşinci ildönümü münasibətilə nəzərdə tutulansovqatlar noyabr ayının əvvəlindən etibarən “Bravo” supermarketlərşəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyininkönüllülərinin dəstəyi ilə şəhid ailələrinə çatdırılır. Bayramsovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən etibarən layihəyə antiterrortədbirləri zamanı şəhid olan şəxslərin övladları da daxil edilib.Hazırda proqram 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra başvermiş sentyabr təxribatları və antiterror tədbirləri zamanı şəhidolmuş şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən artıqövladını əhatə edir.

Xatırladaq ki, proqram çərçivəsində həmçinin təhsil və səhiyyəsahələri üzrə dəstək tədbirləri də həyata keçirilir.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Seçilən
49
5
az.trend.az

6Mənbələr