Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 23-24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 2 ədəd tapança və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.