AZ

Antuan Qrizmann Lionel Messinin rekordunu qırdı - ARENA.AZ

İspaniya La Liqasının 12-ci turunun “Levante” ilə ev oyunu “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, fransalı vinger baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında La Liqada 138-ci qolunu vurub.

O, “Levante” ilə görüşdə komandasının 3:1 hesablı qələbəsinə vurduğu 2 qolla töhfə verib. Bununla da Qrizmann Xosep Qvardiolanın rəhbərliyi altında “Barselona”da 137 qol vurmuş argentinalı hücumçu Lionel Messinin rekordunu qırıb.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 16 oyuna çıxıb, 5 qola imza atıb.

Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 461 oyun, 203 qol və 93 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
39
25
arena.az

10Mənbələr