AZ

Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tanzaniya yığması noyabrın 12-dən 16-na qədər Misirdə təlim-məşq toplanışında olacaq. Komanda noyabrın 15-də Küveyt yığması ilə yoxlama matçında qüvvəsini sınayacaq. 22 yaşlı müdafiəçi də bu görüşdə şans qazana bilər.

Alfons Mabula Msanqa “Alyans” klubunun yetirməsidir. O, 2022-ci ilin fevralında Serbiyanın “Spartak” klubuna cəlb olunub. Serbiyada “Novi Sad”da da icarədə olan Msanqa 2024-cü ilin iyulunda “Spartak”dan ayrılandan “Şamaxı”ya keçənə kimi işsiz olub. Azərbaycana klubu müdafiəçini 2025-ci ilin yanvarında azad agent kimi heyətinə qatıb. Bu yay isə onunla yeni 1 illik müqavilə imzalanıb. Gənc futbolçu Azərbaycan klubunun heyətində 28 oyuna çıxıb, 5 qol və 1 assistlə yadda qalıb.

Yarımmüdafiəçi daha öncə Tanzaniyanın U-17 yığmasında oynasa da, sonradan millilərə cəlb olunmamışdı. 2025-ci ilin iyun ayında əsas millidə debüt etmiş futbolçu hələlik bir oyun keçirib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
42
21
arena.az

10Mənbələr